Yevlaxda çayxana sahibi müştərini bıçaqlayaraq öldürüb

11-07-2017, 08:55           
Yevlaxda çayxana sahibi müştərini bıçaqlayaraq öldürüb
Yevlaxda 1 nəfərin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Yenicə kəndində qeydə alınıb.
1973-cü il təvəllüdlü kənd sakini Bəşirov Qorxmaz Sirac oğlu münaqişə zəminində həmkəndlisi tərəfindən bıçaqlanaraq ağır bədən xəsarətləri alıb. Təcili olaraq Mingəçevir Şəhər Xəstəxanasına çatdırılan Q.Bəşirov xeyli qan itirib. Vəziyyəti ağır olduğundan xəstəxanaya çatan anda o, hər hansı həkim müdaxiləsi olmadan keçinib.
Hadisənin Yuxarı Yenicə kəndindəki çayxanalardan birində baş verdiyi deyilir. İlkin məlumata görə, elə münaqişə də çayxana sahibi ilə düşüb və Q.Bəşirov onun tərəfindən bıçaqlanıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.