Hindistanın Bihar əyalətində fərqli bölgələrə çox sayda ildırım düşüb. Publika.az xəbər verir ki, bu təbiət hadisəsi 31 nəfərin həyatına son qoyub. Təbii fəlakətlərin qarşısının alınması üzrə səlahiyyətli şəxslər həlak olan insanların yaxınlarına 6300 dollar təzminat ödənəcəyini vəd edib.