Salyanda qəzada ölənlərdən ikisinin kimliyi məlum olub

13-07-2017, 08:21           

Salyanda baş verən ağır yol qəzasında ölənlərdən ikisinin kimliyi məlum olub

APA-nın məlumatına görə, bunlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu və 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğludur.

Digər ölən və yaralıların şəxsiyyətləri müəyyənləşdirilir.

***

05:16

Salyan rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Ələt-Astara yolunda qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü Elturan Fərəcov xəsarət almayıb. Onun sözlərinə görə, sərnişinlərin hamısı Astara rayon sakinləri və qohumdurlar. Dağıstanın Xasavyurt şəhərinə yollanan mikroavtobusda sürücüdən başqa 2 qadın, 1 azyaşlı və 5 kişi olub. Qadınlardan biri və övladı xəsarət almayıb, 1 qadın və 2 kişi xəsarət alıb, 3 nəfər hadisə yerində dünyasını dəyişib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır.

Qəzanın səbəbləri müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru