Abşeronun prokuroru Rahib Seyidovun müstəntiqləri onun qərarını necə rədd ediblər?-1-Cİ YAZI

25-07-2017, 07:27           
Abşeronun prokuroru Rahib Seyidovun müstəntiqləri onun qərarını necə rədd ediblər?-1-Cİ YAZI
Prokurorluğun müstəntiqləri - Ərziman Bədəlov, Bəhlul Yaqubov, İbrahim İsmayılzadə, Ruslan Hüseynov ölüm işini necə ört-basdır ediblər?
...Kriminal aləmin tanınmış “avtoritet”i və ya “vor zakon” kimi qəbul etdiyi Rafiq Masallinski (Rafiq Eyvazov) onun adından sui-istifadə edərək, başqa kişi ilə gəzdiyini sübut edən və əri Vüsal Cəfərovu zəhərləyib öldürən əmisi qızı Vüsalə Eyvazovanı cəzalandıracaqmı?
...Həyatda ölümlər müxtəlif olur. Şərəfli ölüm, adi ölüm, təsadüfi ölüm, əzablı ölüm, ucuz ölüm və s. Əlbəttə, hamı istəyər ki, müvəqqəti yaşadığımız bu dünyadan şərəfli ölümlə gedək. Məsələn, ötən il dünyasını dəyişmiş sənətçilərdən biri haqqında sosial şəbələkərdə yazılmış söyüş və təhqirləri görəndən sonra fikirləşirsən ki, deməli, adam ömrünü boşa verib. Əks təqdirdə xalqın bu qədər nifrətini qazanmazdı. Ona görə də ustad şairimiz Məmməd Araz yaxşı deyib:

“Zarımağa ömür deyib ağlama,
Hər ölümə ölüm deyib ağlama.
Tanrı döyüb, haqlı döyüb, ağlama,
Bu da belə bir ömürdü yaşadım”

Amma hələ yaşamağa imkan tapmamış, necə deyərlər, dünyadan lazımınca kam almamış gənclər təsadüfi bir ölümün qurbanına çevriləndə bu, nəinki onun yaxınlarını, hətta tanımayanları belə yandırıb-yaxır. Elə Vüsal Cəfərovun ölümü kimi... Bu ölümə hətta ucuz ölüm də demək olar.
Şəkildə gördüyünüz Vüsal Cəfərov Fövqəladə Hallar Nazirliyinin zabiti idi. Ailəsi, 2 uşağı var idi. Tale V.Cəfərova 36 il ömür qismət edibmiş. Çünki rusların bir məsəlində deyildiyi kimi, ölüm səbəbsiz olmur. Vüsalın ölümünə səbəb isə öz həyat yoldaşı Vüsalə Eyvazova olub. Bu, bir həyat hekayəsinə bənzəyir. Təsadüfə baxın ki, adlar da bir-birinə uyğun gəlir. Vüsal-Vüsalə. Amma taleləri bir-birinə uyğun gəlmədi. Yaxşı olar kı məsləyə bir az ətraflı aydınlıq gətirək.
Mənə təqdim olunmuş sənədlərə diqqətlə baxıram. Vüsalın anası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 4 - yeni yaşayış massivi, M.Füzuli küçəsi, ev 84-də yaşayan Şirinova Roza Məmməd qızının Prezident cənab İlham Əliyevə və ölkənin digər güc strukturlarının rəhbərlərinə, bir sürəti də “Təzadlar”a ünvanlanmış şikayət məktubunu ürək ağrısız oxumaq olmur.
Şikayət məktubundan aydın olur ki, Vüsal Cəfərov əslən Masallı rayonundan olan Eyvazova Vüsalə Əhməd qızı ilə 2011-ci ildə ailə həyatı qurub. Artıq 2 övladları var idi. Belə baxanda gənc ailə üçün daha nə lazımdır? Vüsalın Fövqəladə Hallar Naziriyində yaxşı işi var, maddi problemləri də yox idi. Vüsalə də evdar xanım və iki uşaq anası. Özləri də Novxanıda hələlik kirayədə yaşayırdılar. Vüsal ev məsələsini də yaxın zamanlarda həll etmək üzrə idi. Evsiz olsalar da, nə Vüsalə, nə də uşaqları maddi cəhətdən korluq çəkməyiblər. Elə bəlkə də maddi cəhətdən korluq çəksəydilər bu ailənin həyatı belə alt-üst olmazdı...
Günlərin bir günü Vüsal şübhələnir ki, xanımı Vüsalə kiminləsə telefonda danışır və yazışır. Buna görə də Vüsalənin telefonunu əlindən alır və ona telefondan istifadə etməyi qadağan edir. Günlər, həftələr, aylar ötür. Vüsal yenə də şübhələnir ki, Vüsalənin telefonu var və o kimbyləsə öz danışığını, yazışmalarını davam etdirir. Deməli, Vüsalə gizli şəkildə telefon əldə edərək, Vüsaldan xəbərsiz Ramin Şükürov və Orxan adlı şəxslərlə yazışmalarını davam etdirirmiş. Bir gün məsələ Vüsal tərəfindən kəskin qoyulur və xanımına bildirir ki, o kiminləsə gizli əlaqə saxladığından şübhələnir. Bu yerdə Vüsalə Eyvazovanın da cavabı kəskin olur: “Bəli, yazışıram, danışıram və görüşürəm”.
Adətən belə məqamlarda qadınlar günahlarını boyunlarına almırlar. Burada isə, V.Eyvazova nəinki kiminləsə görüşdüyünü boynuna alır, hətta ərinə hər kəsi şoka salacaq bir etiraf edir: “Mən sənə ərə gələndə də heç bakirə deyildim, həkim “problemimi” həll etmişdi... Bunu anam da bilir”.
Açıq etiraf edək ki, hər oğul belə etirafa dözməzdi və yəqin ki, həmin anda da faciə baş verə bilərdi. Ancaq Vüsal Cəfərov yüksək intellekt sahibi olduğundan çıxış yolunu ayrılmaqda görür və dərhal Vüsalənin anası Zərnişan xanıma zəng edir ki, gəlin qızınızı aparın. O cümlədən, öz anası Roza xanıma da zəng edir ki, bəs belə bir hadisə baş verib, biz ayrılmalıyıq.
Hadisənin bu şəkildə cərəyan etdiyini görən Vüsalə ilan dili çıxarıb yalvarır ki, onu rayona belə qaytarmasın, yoxsa el içində biabır olacaq. Əlavə olaraq bildirir ki, evində xidmətçi kimi onu bir müddət saxlasın, sonra ayrı ev tutub çıxar. V.Cəfərov hümanist insan olduğundan razılaşır ki, ev tapıb çıxınca qoy burada qalsın. Amma arada Vüsalə həyat yoldaşını hədələməyi də unutmur: “Məni boşasan, sənin üçün yaxşı olmayacaq”. Bu barədə Vüsal anasına belə deyir: “Ana, Vüsalə hər şeyi etiraf etdi, onun nəinki ərə gəlməmişdən əvvəl, həmçinin mənimlə də ailəli olduğu vaxtlar da başqa şəxslərlə əlaqəsi olub, gizli telefon işlədirmiş, hər gün də həmin şəxslərlə əlaqə saxlayırmış və həmin şəxslərin vasitəsi ilə mənə pislik edəcəyini də gizlətmir. Bu söz-söhbətlər mənə olduqca pis təsir edir. 10-15 gündən sonra onu cehizləri ilə birlikdə aparıb qoyacam Masallı rayonunda anasının evində”.
Bu yerdə Vüsalın anası Roza Şirinova prezident İlahm Əliyevə və güc strukturlarının rəhbərlərinə ünvanlanmış məktubundan bir sitata fikir verək: “28 may 2015 -ci il tarixdə təqribən saat 13-14 radələrində oğlum Vüsal mənə zəng edərək bildirdi ki, “Vüsaləni aparıb qoyacağam Masallı rayonunda anasının evinə. Vüsalə artıq mənə açıq-aşkar hədə-qorxu gəlir ki, onu evlərinə aparmaq istəsəm, mənim üçün çox pis nəticələr olacaq. O, görüşdüyü və danışdığı şəxslər vasitəsi ilə mənə pislik edəcəyini gizlətmir”. Sonradan bilmişəm ki, oğlum Vüsal Xızı rayonunda işləyən digər oğlum Elsevərə telefon vasitəsilə 27 may 2015-ci il tarixdə göndərdiyi mesajda yazıb ki: “Mən Vüsalədən şübhələnirəm, mənə nəsə etməyə hazırlaşır, əgər mənə nəsə etsə və mənim başıma bir şey gəlsə, bil ki, bunu Vüsalə edib. Mənim başıma bir şey gəlsə, uşaqlarımdan müğayat ol”.
Mayın 28-də saat 16-17 radələrində Vüsal mənə zəng edib bildirdi ki: “Ana, mən Vüsalədən qorxuram. Vüsalə mənə nəsə edəcək”. Mən qorxuya düşdüm və oğluma dedim ki, indi durub gəlirəm. Oğlum mənə təkid etdi ki, gəlməyim, hələ gözləyim. 28 may 2015-ci il tarixdə təqribən saat 19-20 radələrində Vüsalə digər oğlum Elsevərə zəng vurub bildirib ki, “Qardaşın zəhər içir”, Elsevər isə ona deyib ki: “Qoyma içsin, mən də təcili gəlirəm”. Bundan sonra oğlum Elsevər təcili tibbi yardım xidmətinə zəng edib Vüsalın zəhərlənməsi barədə məlumat vermiş, Novxanı qəsəbəsində yerləşən Vüsalın evinə getmiş, Vüsalın komaya düşdüyünü, danışa bilmədiyini, evdə Vüsaləni və qonşuluqda yaşayan İsa adlı şəxsin olduğunu görmüş, təcili tibbi yardım avtomobili ilə Vüsalı Sumqayıt şəhər xəstəxanasına aparmışdır. 28 may 2015-ci il tarixdə təqribən saat 19-20 radələrində oğlum Elsevər mənə zəng edib bildirdi ki, Vüsal zəhərlənib, təcili gedim onlara. Mən də təcili getdim oğlum Vüsalgilə və gördüm ki, evdə Vüsalə və qonşuda yaşayan İsa adlı şəxs var. Vüsalı isə digər oğlum Elsevər təcili tibbi yardım avtomobili ilə aparıb Sumqayıt şəhər xəstəxanasına. Mən nə baş verdiyini soruşduqda Vüsalə bildirdi ki, “mən evdə uşağı yatızdırırdım, həyətə çıxdım ki, Vüsal yerdə uzanıb boğulur”. Sonralar isə deyirdi ki “Vüsal qonşunun həyətindən hasarı dərdivanla keçməklə gəlirdi. Dərdivanla düşəndə köməklik etdim. Nərdivan da qırıldı. Vüsal yerə yıxıldı. Mən də ona ayran gətirib verdim, o, isə içmədi”. Mən oğlumun evindən xəstəxanaya getdim. Vüsal isə komada idi və danışa bilmirdi. Səhərə yaxın saat 03-04 radələrində oğlum Vüsal zəhərlənmədən rəhmətə getdi. Xəstəxanada Vüsalə həkimlərdən şübhəli şəkildə tez-tez soruşurdu: “Vüsal öləcək, yoxsa sağ qalacaq?” Vüsalın ölümündən sonra Vüsalədə bir sakitlik yarandı. Tibbi ekspertin rəyinə görə oğlum Vüsal zəhərlənmədən rəhmətə getmişdir.
Mənə artıq gün kimi aydın idi ki, mənim oğlum Vüsalı onun həyat yoldaşı Vüsalə, gəzdiyi və danışdığı şəxslərin köməkliyi ilə zəhərləyib öldürmüşdür. Abşeron rayon Prokurorluğu isə bu cinayət işinə heç bir əsas olmadan xitam veribdir”.

Abşeron rayon Prokurorluğunun ipə-sapa sığmayan qərarları...

Ana yazır:
-Elə əsl faciə də bunda n sonra başlayır. Yəni Abşeron rayon Prokurorluğu işi ört-basdır etməklə məşğul olub. Hətta cinayəti isti izlərlə açmaq imkanı olduğu halda, Abşeron rayon prokurorunun müstəntiqi Ruslan Hüseynov bunu istəməyib. Belə ki, qonşunun həyətində tapılan stəkan və yıxılmış vəziyyətdə olan “B-58” ağac dərmanını oğlum Elsevər tapmışdı. Həmin “B-58” dərmanının qabında isə 1 ədəd şpris var imiş. Nə o dərmanı, nə o stəkanı Ruslan Hüseynov maddi sübut kimi qəbul etməyib.
***
R.Hüseynov nə ananı, nə də oğlu Elsevəri iş üzrə dindirməyib. Hadisə baş verən evə də getməyib, əraziyə baxış keçirməyib. Bu prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması idi... Əlbəttə, bu deyilənlər baş versəydi, həmin maddi sübutlar R.Hüseynov tərəfindən aşkar edilərdi və həmin əşyaların üzərində olan barmaq izləri ilə müəyyən etmək olardı ki, Vüsal özü zəhər içməyib. Özü də həmin əşyalar maraqlıdır ki, hadisədən bir həftə sonra tapılıb. Bu da təbii ki, Abşeron rayon prokurorunun köməkçisi Ruslan Hüseynovun öz işinə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Sonralar ana və oğlu Elsevər “B-58” dərman şüşəsini 2015-ci ilin dekabr ayında Abşeron rayon Prokurorluğunun müstəntiqi Ərziman Bədəlova təqdim edib. Maraqlıdır ki, hadisədən 6 ay sonra maddi sübut prokurorluğa qəbul edilib. Bu, açıq-aşkar baş vermiş qətl hadisəsini ört-basdır etməkdir. Bəs buna səbəb nədir?
Səbəb kimi Vüsalə Eyvazovanın əmisi oğlu kriminal aləmdə “vor-zakon” kimi tanınan Rafiq Masallinskini göstərirlər. Çünki V.Eyvzaova hər yerdə bildirir ki, Rafiq Masallinskinin əmisi qızıdır və heç kəs ona heç nə edə bilməz.
(Ardı var)
Elçin Məmmədli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.