Tovuzda toy mərasimində zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-4

8-09-2017, 09:13           
Tovuzda toy mərasimində zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-4
Tovuz rayonundakı "Turan" şadlıq sarayında keçirilən toy mərasimində zəhərlənənlərin sayı 40 nəfərə çatıb.
"Report"un Qərb bürosu xəbər verir ki, zəhərlənənlərin sayı artıb.
Bunlar Abbasov Salman Şükür oğlu (1996), Qasımov Səlim Hümbət oğlu (1954), Məmmədov Elşad (1983-cü il), İbrahimova Rəna (1966), Əsgərova Rəsmiyyə, İbrahimov Nazim (1998), İbrahimov Üzeyir (1995), Rüstəmova Asya (1988), İbrahimova Kübra (1996), Cəfərov Vüsal (1989), Bayramov Sabir (1963), Məmmədov Aydın (1944), İsmayılov Nicat (2008), Abdıyev Tural (2004), İsmayılova Dünya (2005), İsmayılova Aytac (2006), Əsgərov Elnurdur (2011).
***01:30
Tovuz rayonundakı "Turan" şadlıq sarayında keçirilən toy mərasimində zəhərlənənlərin sayı 24 nəfərə çatıb.
Daha bir neçə nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onlara zəhərlənmə diaqnozu qoyulub.
Hazırda zərərçəkənlərin kimliyi araşdılılır. Qeyd edək ki, zəhərlənənlərin bəzilərinə ambulator yardım göstərilib. İlkin məlumata görə, mərasim iştirakçıları salatdan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
***23:15
Tovuz rayonundakı "Turan" şadlıq sarayında keçirilən toy mərasimində zəhərlənən digər şəxslərin də adları məlum olub.
Bunlar Bağırov Asif (1990-cı il təvəlllüdlü), Hüseynova Gülnar (2001), Qasımova Elmira (1958), İsmayılov Samir (1990), Məmmədova Gültəkin (1989), Məmmədova Növrəstə (1967) və Aslanova Məhbubədir.
Zərərçəkənlərin digərlərinə ambulator yardım göstərilib.
Qeyd edək ki, zəhərlənənlərin sayının artacağı istisna olunmur.
Faktla bağlı araşdırma aparılır.
***23:00
Tovuz rayonunda fəaliyyət göstərən "Turan" şadlıq sarayında keçirilən mərasim zamanı zəhərlənənlərin adları məlum olub.
Hazırda zəhərlənənlərin 8-ə xəstəxanada tibbi yardım göstərilir.
Bunlar 1984-cü il təvəllüdlü Elmar Həsənov, 2008-ci il təvəllüdlü Adilə Hüseynova, 1986-cı il təvəllüdlü Zöhrab Məmmədov, 1958-ci il təvəllüdlü Şahin Məmmədov, 2004-cü il təvəllüdlü Lamiyə Hüseynova, 1983-cü il təvəllüdlü Günay Hüseynova, 1984-cü il təvəllüdlü Hamlet Həsənov, 1983-cü il təvəllüdlü Vasif Həsənovdur.
Son məlumata görə, zəhərlənmiş daha üç nəfər xəstəxanaya gətirilib. Qeyd edək ki, zəhərlənənlərin sayı 20-ə yaxındır.
Onlardan bəzilərinə ambulator yardım göstərilib və xəstəxanadan buraxılıb. İlkin məlumata görə, mərasim iştirakçıları salatdan zəhərləniblər.
***22:30
Tovuz rayonunda kütləvi zəhərlənmə olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə "Turan" şadlıq sarayında keçirilən toy mərasimində qeydə alınıb.
İlkin məlumata görə, təxminən 20 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Zərərçəkənlərin nədən zəhərləndikləri məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.