Ermənilərin işğal olunmuş torpaqlarda yerləşdirilməsi davam edir - Kəlbəcərdə yeni kənd

6-08-2015, 12:46           
Ermənilərin işğal olunmuş torpaqlarda yerləşdirilməsi davam edir - Kəlbəcərdə yeni kənd
Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək Vardenis-Ağdərə yolunun tikintisi davam edir. Modern.az xəbər verir ki, yolun tikintisini maliyyələşdirən “Hayastan” fondu yeni reportaj hazırlayıb. Reportaj işğal altındakı Kəlbəcər rayonunda ermənilərin yeni saldıqları Yeni Qaraçinar kəndinin gündəlik yaşamından bəhs edir.

Kəndin yanından keçəcək Vardenis-Ağdərə yolu Gorus-Xankəndi yolundan sonra Qarabağı Ermənistanla birləşdirəcək alternativ yol olacaq.

116 kilometr uzunluğundakı Vardenis-Ağdərə yolunun tikintisi 30 milyon dollar dəyərindədir. Yol 2016-cı ilin əvvəllərində istifadəyə veriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.