Məşhur şirkətin mühasibini soydular - Özü yaralı xəstəxanada
13-08-2015, 16:14
Azərbaycanda mebel satışı ilə məşğul olan şirkətin əməkdaşı döyülüb.
“Report”un xəbərinə görə, hadisə Siyəzən rayonunun Zarat qəsəbəsində baş verib. Belə ki, “Dellora” mebel mərkəzinin mühasibi Samir Cəlalov Xaşmaz rayonuna gedən zaman Siyəzən rayonu ərazisində onun “Mercedes” markalı avtomobilində nasazlıq yaranıb. Avtomobildən düşüb təmir etmək istəyən zaman naməlum şəxslər ona hücum edib xəsarət yetirərək maşında olan “Dellora” mebel mərkəzinə məxsus külli miqdarda pulu ələ keçirib hadisə yerindən qaçıblar.
Yaralı Samir Cəlalov xəstəxanaya yerləşdirilib.
Hazırda cinayəti törədənlərin axtarışları aparılır.