Daha bir nəfər özünü yandırdı - Ədalətsizliyə dözməyən sahibkar “Təzə bazar”ın qabağında özünü yandırdı-VİDEO(18+)
14-08-2015, 00:48
Hətta Rövşənin “biz şəhid ailəsiyik,mənim qardaşım Qarabağ döyüşlərində həlak olub”sözündən sonra Qeybəli çəkinmədən onun ruhunu da söyüb
Bolgexeber.com-un əməkdaşının məlumatına görə bu gün axşam saatlarında “Təzə bazar”ın rəhbərliyinin oturduğu ofisin düz qabağında adıçəkilən bazarda pal-paltar ticarəti ilən məşğul Rövşən adlı şəxs özünü yandıraraq öldürüb. Bolgexeber.com-un əldə etdiyi məlumata görə intihara səbəb intihar edənin “Təzə bazar”ın müdirinin köməkşisi ,keşmiş polis işçisi Qeybəli arasında münaqişə və məsələ ilə bağlı Nəsimi rayon məhkəməsinin bu gün çıxartdığı qərar olub. Belə ki , bildirlir ki,bir müddət əvvəl Qeybəli Rövşənin yanına gələrək kobud şəkildə onun ticarət obyektini sökəcəyini bildirib. Və bildirib ki,sən burda alver etməyəcəksən.Rövşən və onun baçısı buna etiraz edəndə və “biz biz necə dolanmalıyıq” bildirəndə isə Qeybəli kobud ifadələrlə onları təhqir edib. Hətta Rövşənin “biz şəhid ailəsiyik,mənim qardaşım Qarabağ döyüşlərində həlak olub”sözündən sonra Qeybəli çəkinmədən şəhidin ruhunu da söyüb.Bununla əlaqədar Rövşən məhkəməyə müraciət edib və bu gün onun şikayəti əsasında işə Nəsimi rayon məhkəməsində baxılıb.Məhkəmə Rövşənin 60 manata yaxın cərimə olunması haqda qərar çıxarıb.Qeybəli barəsində isə 1 ay həbs cəzası kəsilib.Lakin bildirilir ki, elə həmin gün 1000 manat verərək azadlığa çıxıb. Bu cür ədalətsizliyə dözməyən və qərardan sarsıntı keçirən Rövşən qərardan bir neçə saat sonra “çıxış yolunu” düz işlədiyi bazarın qabağında özünü yandırmaqda görüb.