Azərbaycan ordusunun giziri İbrahim Osmanov üç gün əvvəl təmas xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan atəşlə yaralanıb və bu gün aldığı yaradan hospitalda keçinib. Bu barədə virtualaz.org saytına Müdafiə Nazirliyindəki mənbələrdən məlum olub. Məlumata görə Qazax rayonundan hərbi xidmətə çağırılmış İbrahim İsmayıl oğlu Osmanov döş nahiyəsindən güllə yarası alıb. Yarası ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər. Müdafiə Nazirliyindən gizirimizin şəhid olmasına dair rəsmi şərh almaq mümkün olmayıb.