İsmayıllıda şərəfsizlik- Qarabağda şəhid olan kişi maaş almaqda davam edirdi

16-08-2015, 21:57           

İsmayıllı rayonunda 10 ildən sonra inanılmaz fırıldaqçılığın üstü açılıb.

Məlumata əsasən, 1993-cü ildə Qarabağda döyüşlərdə itkin düşən Təyyar Məmmədovun adına 8 ildən artıq idi ki əmək haqqı hesablanırdı.

Fırıldaqçılığın üstü, itkin düşən Təyyarın həyat yoldaşı Ürbabə Məmmədovanın təqaüdə çıxmaq ücün aidiyyəti orqana müraciət etdərək həyat yoldaşının əmək kitabçası tələb etdikdən sonra açılıb.

Əmək kitabçası tapılanda, məlum olub ki, 1993-cü ildə itkin düşən Təyyar Məmmədovun adı 2001-ci ilə qədər İsmayıllı rayon Sulut kənd kitabxanasının müdiri vəzifəsində gedib.

Bu pulların kimin tərəfindən haqsız olaraq mənisənildiyi hələlik məlum deyil.

Qeyd edək ki, İsmayıllı rayon Məhkəməsinin 12 mart 2001-ci il tarixli qərarı ilə Təyyar Mahmudova şəhidlik statusu verilib. (Azadlıq)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru