Bakıda kobud qayda pozuntusuna yol verən sürücü qəza törədib – FOTO

11-01-2018, 00:25           
Bakıda kobud qayda pozuntusuna yol verən sürücü qəza törədib – FOTO
Bakının Yasamal rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza Qurban Xəlilov küçəsində yüksək sürətlə hərəkətdə olan “99-MA-520″ dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ərazidəki yol nişanı tələblərini pozub.

Bu zaman o, Nəriman Nərimanov prospekti üzərindəki dairədə hərəkətdə olan “90-RT-177″ dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Hyundai” Nəriman Nərimanovun heykəlinin yerləşdiyi parkın səkisinə çırpılıb. Avtomobillərin hər ikisi deformasiyaya uğrayıb. Hadisəni törədən sürücü “Report”a evdə xəstəsi olduğu üçün tələsdiyini bildirib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

Hadisəni törədən sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru