Əlil olmuş şəxslər və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub

11-01-2018, 09:01           
Əlil olmuş şəxslər və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub
"İl ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

"Eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib", - deyə nazir əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.