Bu kofelər supermarketlərdən YIĞIŞDIRILDI - Üzərindəki BU ŞƏKİLƏ görə

12-01-2018, 00:46           
Bu kofelər supermarketlərdən YIĞIŞDIRILDI - Üzərindəki BU ŞƏKİLƏ görə
Britaniyanın nəhəng supermarket şəbəkəsi olan "Waitrose" İtaliyanın "Saquella" kofelərini satışdan yığışdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb. Buna səbəb alıcıların şikayəti olub. Belə ki, İtalyan şirkəti qablaşdırmanın üzərində rasist təsvurlərə yer verib.
Mənbənin məlumatına görə, qutunun üzərində ağdərili sahibkarın kofe plantasiyasında işləyən qaradərili fəhlələri izləməsi əks olunub. Bu görüntüdən şoka düşən alıcılar mağaza rəhbərliyinə şikayət ediblər.
Sonradan İtaliya şirkəti məhsulun üzərindəki təsvirə görə alıcılardan üzr istəyib və bu ideyanın məqsədinin kimisə təhqir etmək yox, kofe istehsalının keçmişini göstərmək olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru