Əkiz bacısını öldürdü: Sevgilisinə görə...

2-02-2018, 10:11           

Anastasiya və Aleksandra Dyuval bacıları Havayın Maui adasında qəzaya düşüblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı Anastasiya həlak olub.

Polis əvvəlcə bunu bədbəxt hadisə kimi qeydə alıb. Ancaq Anastasiyanın əkiz bacısı olan Aleksandranın hərəkətləri araşdırma başlanmasına səbəb olub.

Məlum olub ki, Aleksandra bacısının sevgilisinə vurulub. Bunu hiss edən Anastasiya bacısı ilə mübahisə edib və avtomobili sürərkən qəza törədib.

Qəzadan sonra Aleksandra bacısının sevgilisinə eşqini etiraf edib. O, Anastasiyanın geyimlərindən, aksesuarlarından istifadə etməklə oğlanın diqqətini özünə cəlb etməyə çalışıb.

Polis Aleksandranı həbs edib. Onun yaxın günlərdə hakim qarşısına çıxarılacağı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru