Bakıda yanan bina ilə bağlı RƏSMİ MƏLUMAT - 2 nəfər zəhərlənib

2-02-2018, 17:07           
Bakıda yanan bina ilə bağlı RƏSMİ MƏLUMAT - 2 nəfər zəhərlənib
Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı FHN rəsmi məlumat yayıb.

BAKU.WS xəbər verir ki, yanğın Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib. Binanın şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.