Vahid Ələkbərov yenə “liderdir”: milyonlar itirdi

7-02-2018, 10:45           

Dünyadakı fond birjalarının geriləməsi ucbatından rusiyalı milyarderlər 2,1 milyard dollar itiriblər.

Axar.az xəbər verir ki, “Blomberq” agentliyi ziyanın əsasən Rusiyanın ən varlı adamı Aleksey Mordaşovun çəkdiyini yazıb. Ona 203,3 milyon ziyan dəydiyi vurğulanıb.

Mordaşovdan sonrakı yerdə “Lukoyl”un rəhbəri Vahid Ələkbərovdur. O, fondların geriləməsindən 175,9 milyon dollar itirib.

İlk üçlüyü 174,1 milyon dollarla özbək milyarder İsgəndər Mahmudov tamamlayıb.

Qeyd edək ki, “Kreml hesabatı” yayılandan sonrakı ilk gündə ən çox ziyan görən Vahid Ələkbərov olmuşdu. Belə ki, o, bir sutkaya 226 milyon dollar itirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.