Elşad Mirinin kitabı qadağan edildi

7-02-2018, 11:12           

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İslamda yoxdur!” adlı kitabımın çap olunmasına qadağa qoyub.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri söyləyib. O bildirib ki, komitə hansı səbəbdən belə bir qərar verdiyini açıqlamayıb:

“İcazə ala bilsəydik, ən qısa zamanda kitab çap oluanacaqdı, lakin bu mümkün olmadı. Ola bilsin, Komitə ənənəvi dini anlayışa uyğun gəlmədiyinə görə belə bir qərar verib”.

Qeyd edək ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru