MTN generalı yenidən mühakimədə - Sabahdan

7-02-2018, 16:32           
MTN generalı yenidən mühakimədə - Sabahdan
Sabah ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və sözügedən mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barəsində olan hökmlərdən verilmiş apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində hazırlıq iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, şikayətə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MTN generalı Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib. Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Onların şikayəti ötən həftə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general Elçin Quliyev 10 il 6 ay müddətinə, polkovnik Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Elçin Quliyevdən general rütbəsinin alınması üçün prezidentə, Azər Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün müvafiq icra orqanına təqdimat verilib. Eyni zamanda, onların əmlaklarının müsadirə edilməsinə qərar verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.