"Instagram"da yeni rekord - 14 milyon "layk"

8-02-2018, 08:50           

Amerikalı model Kayli Cennerin paylaşımı "Instagram" sosial şəbəkəsinin tarixində ən populyar paylaşım olub.

Trend-in "Variety"-yə istinadən verdiyi məlumata əsasən, çərşənbə günü model fevralın 1-i dünyaya gələn qızının şəkilini paylaşıb. Bir sutkadan az bir müddət ərzində şəkil 14 milyon "layk" toplayıb. Ümumilikdə Cennerin 103 milyon izləyicisi var.

Beləliklə, model populyarlığa görə, "Real Madrid"in hücumçusu Kriştianu Ronaldo (ikinci yer - 11,3 milyon "layk") və müğənni Beyonsu (üçüncü yer - 11,2 milyon) üstələyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru