Bakıda 16 mərtəbəli binada lift şaxtaya düşdü: Yaralananlar var - FOTOLAR

22-08-2015, 12:03           

Bədbəxt hadisə Yasamalda baş verib.

Bakının Yasamal rayonu ərazisində, Dadaş Bünyadzadə küçəsində yerləşən 16 mərtəbəli binada bədbəxt hadisə baş verib.

İçərisində 6 nəfərin olduğu lift şaxtaya düşüb.

İlkin məlumata görə, binanın ikinci mərtəbəsində liftə 6 nəfər minib. Bu vaxt liftdə nasazlıq yaranıb və o, şaxtaya düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan iki qadının xəsarətləri yüngül olsa da, digər iki yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparılıblar.

Qeyd edək ki, sakinlər yük daşınması üçün nəzərdə tutulan liftdən istifadə ediblər./oxu.az/















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.