Moskvada 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

17-02-2018, 00:00           
Moskvada 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb
Cümə günü Moskva vilayətində yerləşən uşaq bağçalarından birində 4 yaşlı azərbaycanlı qızın ölümü ilə nəticələnən faciə baş verib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, ilkin fərziyyəyə görə, hadisə bağçanın həyətində gəzinti zamanı qeydə alınıb.

Azərbaycanlı ailədə doğulan 4 yaşlı Zəhra Rzayeva tərbiyəçilərin onu həyətdə unutmaları səbəbindən qarlı havada soyuqdan donaraq ölüb.

Müəssisə əməkdaşları buittihamı rədd edərək bildirirlər ki, uşaq "bioloji" səbəbdən ölüb.

Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru