BAKIDA DƏHŞƏTLİ QƏZANIN ANBAAN GÖRÜNTÜLƏRİ – FOTO/VİDEO

17-02-2018, 14:03           

Paytaxtda da ağır yol qəzası baş verib.

teref.az ARB TV-yə istinadən xəbər verir ki, motosiklet minik avtomobili ilə toqquşub.

Qəza anı hadisə yerinin yaxınlığındakı marketin nəzarət kamerası vasitəsi ilə anbaan qeydə alınıb. Yol kənarında dayanan minik avtomobilinin sürücüsü hərəkətə başlayan zaman qəfil sola dönmə əməliyyatı edib. Sürücünün diqqətsizliyi səbəbindən o, sürətlə gələn motosikleti görməyib.

Qəza zamanı motosikleti idarə edən sürücü bir neçə metr kənara düşərək xəsarətlər alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları müayinələr aparıblar. Motosiklet və avtomobil cərimə meydançasına yerləşdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru