Şağandakı Əlillər pansionatında əlili döydülər

17-02-2018, 23:23           
Şağandakı Əlillər pansionatında əlili döydülər
Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən əlillər pansionatında döyülmə faktı qeydə alınıb.
teref.az olke.az-a istinadən məlumatına görə, Əlillər pansionatında müalicə alan Möhübbət Məsləhət oğlu Məlikov tanımadığı şəxs tərəfindən döyülüb.

Zərərçəkən DİN-nin 102 zəng mərkəzinə müraciət edib. Baş vermiş hadisə ilə bağlı dərhal Xəzər rayon Polis İdarəsi 1-ci Polis bölməsinin əməkdaşları pansionata gəlib və ilkin araşdırmalara başlayıblar. Hələlik əlili döyən naməlum şəxs müəyyən edilməyib.

M.Məlikov xəsarət dərəcələrinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru