Şamaxıda qoyun oğruları saxlanıblar

10-04-2018, 16:39           
Şamaxıda qoyun oğruları saxlanıblar
Aprelin 9-da Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Mədrəsə qəsəbə sakini Əhliman Bayramov bir gün əvvəl axşam saatlarında həyətinə girmiş naməlum 2 nəfərin oradan 2 baş qoyun apardığını bildirib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.Araşdırmalarla onların şəhər sakinləri Vüsal Quliyev və Malik Məmiyev olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların aprelin 6-da şəhər sakini Səxavət Feyzullayevin həyətindən də 2 baş qoyun oğurlamaları müəyyən edilib. Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
”OLAYLAR"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru