Yardımlıda kütləvi dava olub, ölən var

13-04-2018, 14:07           
Yardımlıda kütləvi dava olub, ölən var
Yardımlıda qonşular və qohumlar arasında kütləvi dava baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Bürzümübül kəndində qohumlar və qonşular arasında ərazinin müəyyən olunması səbəbindən yaranan mübahisə sonradan davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı Bürzümübül kənd sakini, 1963-cü il təvəllüdlü Bəyzadə Məmmədağa oğlu Rəciyev aldığı xəsarətlərdən ölüb. Digər ailənin üzvü Nuru Mətləb oğlu Haxıəliyev isə xəsarət alaraq Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

B. Rəciyevin ölümündə şübhəli bilinən Nuru Haxıəliyevin oğlu Şirxan Haxıəliyev isə polis tərəfindən saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru