Lənkəranda qadın qadını qətlə yetirdi

13-04-2018, 23:25           

Lənkəranda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, Anar Mahmudov küçəsi, 128 ünvanında 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib.

Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.

Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru