Belarusda xüsusi əməliyyat: Azərbaycanlı tutuldu - Video

15-04-2018, 17:37           

Belarusun xüsusi təyinatlı sərhəd xidməti əməkdaşları Volojinski rayonunun Rakov aqrar şəhərciyi yaxınlığında Avropa İttifaqına miqrant aparan beynəlxalq cinayətkar qrupun üzvlərini saxlayıblar.

Report xəbər verir ki, qrupun təşkilatçısı 33 yaşlı Azərbaycan vətəndaşı olub.

Onunla bərabər Belarus vətəndaşı olan iki daşıyıcı və Rusiydan olan çeçen əsilli iki bələdçi tutulub. Saxlanılan şəxslər Belarus ərazisi ilə dövlət sərhədi istiqamətində sənədləri olmayan 11 Vyetnam vətəndaşı aparırmışlar.

Hazırda təşkilatçı, vasitəçi və bələdçilərə qarşı Belarus Cinayət Məcəlləsinin "Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz miqrasiya təşkil etmək" maddəsi üzrə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru