Rus hərbçilərin ölümünü ortaya çıxaran jurnalist öldü

15-04-2018, 17:39           

Rusiyanı Yekaterinburq şəhərində "Yeni gün" agentliyinin jurnalisti Maksim Borodin həlak olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat Borodinin aprelin 13-də 5-ci mərtəbədə yerləşən mənzilinin pəncərəsindən yıxıldığını, xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığını bildirib.

Jurnalistin ölümü bir sıra şübhələrin yaranmasına gətirib çıxarıb. Belə ki, həmkarları Borodinin özünü öldürmək kimi təşəbbüsünün olmadığını bildiriblər. Onların iddiasına görə, Borodin yazdığı məqalələr ucbatından qətlə yetirilib.

Qeyd edək ki, Borodin Rusiyada həm də Deyr əz Zor yaxınlığında Rusiyanın Vaqner özəl şirkətinin 200 əməkdaşının ABŞ ordusu tərəfindən məhv edildiyi məlumatını ortaya çıxaran əsas jurnalistlərdən biri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.