Məşhur vəkil iqlim dəyişikliyinə etiraz olaraq özünü yandırdı

15-04-2018, 17:53           

ABŞ-ın məşhur vəkillərindən olan Deyvid Bakkel iqlim dəyişikliyinə etiraz olaraq özünü yandırıb.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, homoseksualların hüquqları və ətraf mühiti qorumaq uğrunda mübarizəsi ilə bilinən 60 yaşlı Bakkel Nyu Yorkda Bruklin prospektində fossil yanacaqdan istifadə edərək özünü yandırıb və vəkilin həyatını xilas etmək mümkün olmayıb.
Onun intihar mesajında qeyd olunur:
"Planetimizdəki insanların əksəriyyəti fossil yanacağının yaratdığı qeyri-sağlam hava ilə nəfəs alır və əksəriyyət buna görə erkən yaşlarında ölür. Mənim ölümüm fossil yanacağının bizə nə etdiyini əks etdirir".

Qeyd edək ki, Deyvid Bakkel transseksual aktyor Brandon Tiinanın qətli ilə bağlı məhkəmə prosesində iştirakı ilə məşhur idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru