Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

15-04-2018, 20:54           

Braziliyada 272 kilo ağırlığında zümrüd tapılıb.

Publika.az xəbər verir ki, Braziliyanın şimal-şərqindəki bir mədəndə 1.3 metr uzunluğunda 272 kq ağırlığında zümrüd tapılıb. Zümrüd 20 gün öncə Bahia əyalətində mədənçilər tərəfindən aşkarlanıb.

Həmin bölgədə 2001-ci ildə 300 milyon dəyərində 292 kq tapılan zümrüddən sonra bu tapıntı 2-ci ən böyük tapıntı kimi qiymətləndirilir. Bu zümrüdün də təxmini qiyməti 300 milyon dollar civarındadır.
Zümrüdün bölgədəki bir mədən sahibinə satıldığı bildirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru