«Hyundai Auto Azərbaycan»a qarşı iddia - məhkəməyə verildi

3-09-2015, 11:42           
«Hyundai Auto Azərbaycan»a qarşı iddia - məhkəməyə verildi
Ötən gün xəbər vermişdik ki, Şəki sakin Elşən İsmayılov aldığı «Hyundai Sonata» markalı maşında ailə üzvlərini az qala itirmək təhlükəsi ilə üz-üzə qalıb. JAM.AZ-a müraciət edən İsmayılov bildirmişdi ki, qaynı onun maşınını idarə edərkən qəza törədib. Lakin maşın 4 dəfə aşmasına rəğmən, 12 təhlüəsizlik yastığından heç biri açılmayıb.

Elə bu səbəbdən də o, şirkətdən şikayətçi düşüb. İyul ayından etibarən «Hyundai Auto Azərbaycan» MMC-nin rəsmiləri ilə apardığı danışıqlar isə nəticəsiz qalıb. Daha doğrusu, aşağı keyfiyyətli məhsul satışına görə, şirkət məsuliyyəti üzərinə götürməyib.

Bu gün JAM.AZ-a müraciət edən Elşən İsmayılov bildirib ki, üzləşdiyi problemdən dolayı məsələni hüquqi müstəvidə həll etmək qərarına gəlib. Və bu səbəbdən də Nərimanov rayon Məhkəməsinə müraciət edib. «Şirkət avqustun 18-də təqdim etdiyimiz rəsmi müraciəti cavablandırmağa hazırlaşmır. Odur ki, «Hyundai Auto Azərbaycan» MMC barəsində Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişik. Eyni zamanda bu gün «Hyundai» şirkətinin məsuliyyətsizliyi və zavaod qüsurlu avtomobillərini məhz Azərbaycanda satmaqla vicdansızcasına varlanmasına qarşı çıxırıq və bu barədə faktlar üzrə ölkə mətbuatına, 20 gün əvvəl isə öklənin rəsmi orqanlarına məlumatlar vermişik».

Qeyd edək ki, şikayətçi şirkətdən ona dəymiş maddi və mənəvi ziyana görə, 39 min manat təzminat tələb edir.

Koreyanın Azərbaycandakı səfirliyinə də müraciət edən Şəki sakini bildirir ki, tələbləri 2010-2014-cü il buraxılışlı «Hyundai-Sonata» markalı avtomobillərin hamısının təhlükəsizlik yastıqlarında zavod qüsurları olduğu üçün dərhal İstehsalçi zavod tərəfindən geri çağrılması barədə öz ölkəsinin rəhbərliyi qarşısında məsələ qaldırsın. «Əgər Hyundai şirkəti qısa müddət ərzində yenə məsuliyyətsizlik edib, Azərbaycana gətirdiyi zaviod qüsurlu avtomobilləri barədə təxirəsalınmaz tədbirlər görməzsə, şirkətin Azərbaycandan çıxarılması istiqamətində geniş fəaliyyətə başlayacağıq».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.