İki gəncin ehtiyatsızlıqdan hovuzda boğulduğu iddia olunur...

7-09-2015, 23:41           
İki gəncin ehtiyatsızlıqdan hovuzda boğulduğu iddia olunur...
5 sentyabr tarixində bir çox mətbu orqanlarda Şəkidə baş vermiş bədbəxt hadisə barədə informasiya yayıldı.

Yayılan xəbərdə bildirilirdi ki, 1995 - ci il təvəllüdlü Zəkəryayev Sadiq və Əhmədov Röyal süni göldə boğularaq dünyalarını dəyişiblər.

Moderator.az - a daxil olan dəqiq məlumatda isə bildirilir ki, hadisə deyildiyi kimi süni göldə baş verməyib. Əslində hər iki gənc Şəkinin icra başçısı Elxan Usubova aid olan bağda işləyən zaman hovuza düşərək ölüb. Mənbənin verdiyi xəbərdə bildirilir ki, Elxan Usubova aid olan meyvə bağında 300 tonluq su hovuzu mövcuddur. İcra başçısı bu hovuzdan bağdakı meyvə ağaclarının suvarılması üçün istifadə edir. Bu meyvələr də öz növbəsində bazara çıxarılaraq satılırdı. Yəni qeyd olunan bağ icra başçısının mülküdür və o, bu bağdan biznes maraqları üçün istifadə edirmiş. Gənclər də əmək haqqı alaraq bu bağda işləyirlərmiş.

Qeyd edək ki, Moderator.az - ın əməkdaşı mərhumlardan birinin yas mərasimində iştirak edib və bu barədə adının çəkilməsini istəməyən mötəbər mənbədən bununla bağlı məlumat alıb.

Materialda adı çəkilən qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru