Qvatemalada vulkan püskürməsi nəticəsində yaralanan uşaqlar ABŞ-da müalicə olunacaq

8-06-2018, 08:21           

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində yaralanan 6 uşaq ABŞ-da müalicə olunacaq.

Trend-in məlumatına görə, uşaqlar iyunun 7-si Texas ştatında yerləşən San-Antonio hərbi bazasına gətirilib.

Onlar Qalveston şəhərinin uşaq xəstəxanasında müalicə olunacaqlar. Bunda əlavə, hazırda Qvatemalada Meksika həkimləri işləyir.

Qeyd edək ki, son məlumatlara əsasən, Fueqo vulkanının püskürməsi nəticəsində 100 nəfər həlak olub, 192 nəfər itkin düşüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.