Qəzet redaksiyasında atışma olub, ölənlər var –ABŞ-da insident 29-06-2018, 01:28 ABŞ-ın Merilend ştatının paytaxtı olan Annapolis şəhərində qəzet ofisi qarşısında atışma baş verib.Bu barədə şerifə istinadən “Fox News” məlumat yayıb.Bildirilir ki, hadisə nəticəsində bir neçə nəfər həyatını itirib.Yerli jurnalistlərin ehtimalına görə, silahlı insident “Capital Gazette” nəşrinin ofisində baş verib.İlkin məlumata görə, atəş açan şəxs saxlanılıb. Ölən və yaralananların sayı dəqiqləşdirilir/Report. Facebook-da paylaş