Toydan sonra atışma: azərbaycanlı atəş açıb bəyin dostunu öldürdü, 5-ni yaraladı
21-09-2015, 13:20
Sentyabrın 21-nə keçən gecə, yerli vaxtla saat 3 radələrində Rusiyanın Volqoqard şəhərindəki restoranlardan birinin qarşısında atışma baş verib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “FrantEl” adlı restoranda keçirilən toy məclisindən sonra məclisi axırıncı tərk edənlər-bəy, nikah şahidi və onun yoldaşları evə getmək üçün taksi çağırıblar.
Çağırışa gələn taksinin azərbaycanlı sürücüsü 7 sərxoş şəxsi aparmaqdan qəti imtina edib. Bəy və dostları isə bundan bərk qəzəbləniblər.
Şahidlərin bildirdiyinə görə, qarşılıqlı söyüşmədən sonra bəy cibindən travmatik tapançanı çıxarıb və taksi sürücüsünü hədələyib. Taksi sürücüsü isə öz növbəsində Azərbaycan vətəndaşı olan qohumunu köməyə çağırıb.
Qohum hadisə yerinə silahlı gəlib və dərhal aqressiv kampaniyaya atəş açıb. Nəticədə bəyin yaxın dostu və nikah şahidi, 21 yaşlı Yan Klyuşin hadisə yerində ölüb. Samvel Yeqizaryan adlı erməni də daxil olmaqla 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn polislər taksi sürücüsünü saxlayıblar, atəş açan azərbaycanlı isə daha sonra saxlanılıb və dindirilir.