Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı intihar edib.
54 yaşlı kişi sentyabrın 27-də gecə yarısı Bela Kun küçəsində yerləşən binadakı mənzilidə asılı vəziyyətdə tapılıb.
Mərhumu birgə kirayə qaldığı 42 yaşlı həmyerlisi aşkar edib. O özünü otaqlardan birinin çılçırağına bağladığı kəndirdən asıb. Meyitin üzərində heç bir zorakılıq və inyeksiya əlamətləri aşkar olunmayıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İstintaq İdarəsi tərəfindən araşdırma apırlır. (report)