Rusiyada azərbaycanlı karateçini ürəyindən bıçaqladılar
27-09-2015, 21:10
Rusiyada azərbaycanlı gənc qətlə yetirilib. Modern.az xəbər verir ki, bu haqda məlumatı “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Facebook-da paylaşıb. O, bildirib ki, dünən axşam xalası oğlu Ceyhun Qəhrəmanov 42 yaşında faicəvi şəkildə Rusiya Federasiyasının Sibay şəhərində dünyasını dəyişib.
”Kiçik tikinti biznesi ilə məşğul olan peşəkar karateçi Ceyhun iş əsanasında yarnmış və sonradan əlbəyaxa döyüşə çevrilən mübahisə nəticəsində ürəyindən aldığı bıçaq yarasından faciəli şəkildə dünyasını dəyişib”-deyə S.Vəkilov bildirib.