Sabir Rüstəmxanlının oğluna vəzifə verildi

29-09-2015, 21:05           
Sabir Rüstəmxanlının oğluna vəzifə verildi
“Azəryol” voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib.

O, yeni vəzifədə Cavid Qurbanovu əvəzləyib. “Azəryol”un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli “Azərreyl” klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma “dəmiryolçular”ın yeni prezidenti hələ dəqiqləşməyib.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı “Azəryolservis” ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının oğludur(report).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.