2018-ci ilin yayı Kiyevdə ən isti yay kimi qeydə alınıb.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu yay Kiyevdə havanın temperaturu iqlim normadan 2,8 dərəcə çox olub. Sonuncu dəfə bu cür isti hava 1881-ci ildə qeydə alınıb.
Məlumata görə, ən qaynar və uzunmüddətli isti havalar daha çox avqust ayına təsadüf edib.