ABŞ-ın sualtı qayığı Suriya sahillərinə yaxınlaşıb – Qanadlı raketlərlə silahlanıb

6-09-2018, 08:08           
ABŞ-ın sualtı qayığı Suriya sahillərinə yaxınlaşıb – Qanadlı raketlərlə silahlanıb
Vaşinqton tərəfindən Suriyaya zərbə endirməyə hazırlıq barədə yayılan şayiələr fonunda Suriyanın Aralıq dənizi sahillərinə Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) “Tomahavk” qanadlı raketləri ilə silahlanmış «USS Newport News» sualtı qayığı gəlib. Bu raketlərin uçuş məsafəsi 1,6 min kilometr təşkil edir.

«Strategic Sentinel» internet portalının verdiyi xəbərə görə, qayıq sentyabrın 3-də Gibraltar boğazını tərk edib və növbəti gün Aralıq dənizində olub.

Bölgədə bu sualtı qayığın iştirakı ilə hər-hansı əməliyyat planlaşdırılmır. Vaşinqtonda bildiriblər ki, söhbət «planlandırılmış texniki səfər»dən gedir.

Xatırladaq ki, ilin əvvəlindən artıq Aralıq dənizində ABŞ-ın «Virginia USS John Warner» sinfindən olan sualtı qayığı üzüb və ABŞ başda olmaqla, koalisiyanın Suriyaya zərbə endirməsi əməliyyatında iştirak edib.
azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.