Amerika şəhərinin meri və onun həyat yoldaşı ölü tapılıb

7-09-2018, 08:12           
Amerika şəhərinin meri və onun həyat yoldaşı ölü tapılıb
Amerikanın Şimali Karolina ştatının kiçik Leqqett şəhərində polis əməkdaşları iki nəfərin itkin düşməsi ilə əlaqədar gəldikləri evdə iki nəfərin meyitini aşkar ediblər.

"Report" "Wral.com" portalına istinadən xəbər verir ki, meyitlər şəhər meri Hari Skelton və onun həyat yoldaşı Ceki Don Skeltona məxsus olub.

Onların ölüm səbəbi və hadisə ilə bağlı şübhəlilərin adları açıqlanmır. Hadisənin bütün təfərrüatları sentyabrın 7-si səhər saatlarında keçiriləcək mətbuat konfransında açıqlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.