Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb
8-09-2018, 08:35
Yaponiyanın Hokkaydo adasında sentyabrın 5-dən 6-na keçən gecə baş vermiş 6,7 maqnituda gücündə zəlzələ nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb, 13 nəfər itkin düşmüş hesab edilir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü ölkənin Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa Tokioda keçirdiyi mətbuat konfransında deyib.
"Hazırda bizdə 21 nəfərin öldüyü haqqında məlumat var, həmçinin 6 nəfər kliniki ölüm vəziyyətindədir, daha 13 nəfər də itkin düşüb", - deyə o bildirib.
Bundan əvvəl ölənlərin 17 nəfər olduğu məlum idi.
Suqinin sözlərinə görə, zəlzələnin fəsadlarının aradan qaldırılmasında 40 min xilasedici, polis və özünümüdafiə qüvvələrinin döyüşçüləri iştirak edir.