Çində 6 maqnitudaya yaxın zəlzələ baş verib

8-09-2018, 08:41           
Çində 6 maqnitudaya yaxın zəlzələ baş verib
Şənbə günü Çinin cənub-şərqində yerləşən Yunnan əyalətində 5,6 maqnituda gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri əyalətin cənubundakı Szinxun şəhərindən 174 km şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.