Qırğızıstan vətəndaşı Moskvada həmvətənlərini qəsdən avtomobillə vurub

9-09-2018, 08:55           
Qırğızıstan vətəndaşı Moskvada həmvətənlərini qəsdən avtomobillə vurub
Qırğızıstan vətəndaşı Moskvanın Novoçerkassk bulvarında həmvətənlərini qəsdən avtomobillə vurub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Mosakvada 10-a yaxın insanı avtomobillə vuraraq xəsarət yetirən şəxsin Qırğızıstan vətəndaşı olması aşkarlanıb. Məlumata görə, o, bu cinayəti kafedə həmvətənləri ilə mübahisə etdikdən sonra törədib. Tərəflərin mübahisəsinin məişət zəminində baş verdiyi bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Bəzi mətbu orqanların məlumatlarına görə, onlardan biri ölüb. Hadisəni törədən şəxs hadisə yerindən qaçmayıb. O, polis tərəfindən saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.