Sarkisyanın qardaşı Paşinyana pul təklif etdi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Saşik baş nazir Nikol Paşinyana açıq müraciət ünvanlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Paşinyanın iddia etdiyi kimi büdcədən 30 milyon dollar oğurlamadığını lakin barəsində açılan cinayət işinə xitam veriləcəyi halda həmin pulu ölkə iqtisadiyyatına yatıracağını təklif edib.
“Paşinyan öz zəhmətimlə qazandığım 30 milyon dolları nə üçün büdcəyə verməli olduğumu açıqlamayıb. Bunu deməzdən öncə, o, bank hesabımdakı pulun qanunsuz yolla oğurlandığını sübut etməli idi. Bu sübutlar isə yoxdur”-deyə Saşik Sarkisyan açıqlama verib.