Yaponiyada polis bölməsinə hücum edilib, ölənlər var

19-09-2018, 08:05           
Yaponiyada polis bölməsinə hücum edilib, ölənlər var
Yaponiyanın Senday şəhərində polis əməkdaşı naməlum şəxsin hücumu zamanı öldürülüb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxs polis bölməsinə gələrək, guya əşyalarının itdiyini bildirib. Həmin vaxt orada iki polis zabiti olub.

Onlardan biri qonşu binaya gedəndə naməlum şəxs bölmədə qalan polisə bıçaqla bir neçə zərbə endirib. Səs eşidən digər polis zabiti geri qayıdaraq naməlum şəxsə 3 dəfə atəş açaraq onu öldürüb.

Ağır yaralanmış polis zabiti xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Polis hücum edən şəxsin kimliyini araşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.