Gənc qolfçu qolf meydançasında ölü tapılıb

19-09-2018, 08:39           
Gənc qolfçu qolf meydançasında ölü tapılıb
ABŞ-ın Ioua Əyalət Universitetində oxuyan sonuncu kurs tələbəsi və həvəskar qolfçu olan Celia Barquin Arozamenanın, bir qolf meydançasında ölü tapılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, Ioua əyalətinin Ames şəhərindəki Coldvater Qolf Links adlı məkanda boş bir qolf çantasının tapılmasıyla bağlı polisə xəbər verildiyi qeyd olunub.

Polis əməkdaşları tərəfindən aparılan axtarış nəticəsində 2Gənc2 yaşlı Barquin Arozamenanın cəsədinin tapıldığına yer verilən açıqlamada, həvəskar qolfçunun hücum səbəbiylə həyatını itirdiyi ifadə edilib.

Açıqlamada, sözügedən qolf meydançasına yaxın bir yerdə çadırda yaşayan və evsiz olduğu bildirilən 22 yaşlı Ko Len Daniel R. adlı şəxsin saxlanıldığı və "qəsdən öldürmə" ittihamıyla qarşı-qarşıya olduğu qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru