Nazpərinin bacısını vuran “Şərurlu İsfəndiyar”ın qohumudur? - FOTOLAR
3-10-2015, 11:47
Bir neçə gün əvvəl Bakının Heydər Əliyev prospektində «Hyundai» və «Ferrari» markalı avtomobillər toqquşub. "Hyundai"-ın sürücüsü xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyeva olub.
TİA.AZ xəbər verir ki, qəzaya səbəb isə “Ferrari”nin xanım sürücüsünün sərxoş olması olub. Qəzadan dərhal sonra avtomobilin nömrələrinin sökərək hadisə yerindən qaçıb. Zeynəb Dostəliyeva isə qolundan zədələnib.
criminal.az saytı həmin «Ferrari»nin dövlət nömrə nişanının 10 VV 200 olduğu barədə xəbər yayaraq bu avtomobilin tanınmış iş adamı Şərurlu İsfəndiyarın ailəsinə məxsus olduğunu bildirib.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı isə məlum olub ki, hazırda 10 VV 200 nömrəsi ilə idarə olunan avtomobil «Ferrari» yox, «Lamborgini»dir. O ki qaldı Heydər Əliyev prospektində baş verən qəzaya, əldə etdiyimiz məlumata görə, qəzaya səbəb olduğu bildirilən göy rəngli «Ferrari»nin dövlət nömrə nişanı 10 SN 009-dur. Bu avtomobilin fotolarını da təqdim edirik.
Məlumata görə, qəza törədən xanım sürücü Bakıda «Ferrari» sürən tək xanımdır. Həmin avtomobilin qiymətinin isə təxminən 450 min dollar olduğu bildirilir.