“Neftçi” “Qarabağ”ı məğlub etdi

28-10-2018, 19:40           
“Neftçi” “Qarabağ”ı məğlub etdi
Bu gün futbol üzrə Azərbaycan çempionatında turun mərkəzi qarşılaşmasında “Neftçi” və “Qarabağ” klubları qarşılaşacaq.

Axar.az xəbər verir ki, görüş “Bayıl Arena”da Bakı vaxtı ilə saat 17:00-da oynanılacaq.

Mərkəzi qarşılaşmanı Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov, Rza Məmmədov və Rəvan Həmzəzadə kömək edəcəklər.

Bu kollektivlərin ilk dövrədəki duelində 1:1 hesablı heç-heçə qeydə alınıb. Əvvəlki 73 çempionat oyunundan 19-da bakılılar, 27-də isə ağdamlılar qalib gəlib. Buna rəğmən, Qurban Qurbanovun yetirmələri 3 oyundur rəqibini üstələyə bilmir. “Ağ-qaralar” isə ardıcıl 5 ev matçında qələbə qazanmır.

***

"Neftçi" "Qarabağ"ı Bədavi Hüseynov (avtoqol), M.Abbasov və Baqali Dabonun qolları ilə 3-1 məğlub edib. "Qarabağ"ın yeganə qolunu Mahir Mədətov vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru