"Fənərbağça" baş məşqçi Filip Kokunu istefaya göndərib

29-10-2018, 07:40           
"Fənərbağça" baş məşqçi Filip Kokunu istefaya göndərib
Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Filip Koku ilə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, hollandiyalı mütəxəssis Superliqanın X turunda "Ankaragücü"nə 1:3 hesabı ilə uduzduqları görüşün ardından qovulub.

Oyunsonrası mətbuat konfransına qatılmayan Koku "Şükrü Saracoğlu" stadionunu komandanın avtobusu ilə yox, xüsusi ayrılmış avtomobillə tərk edib. Onun istefasından sonra elitada əcnəbi baş məşqçi qalmayıb.

Filip Koku "Fənərbağça"ya bu mövsümdən rəhbərlik edirdi. Onun dövründə 3 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb. Hazırda "Fənərbağça" 10 oyundan 9 xalla 15-ci pillədə qərarlaşıb.

Bundan əvvəl İngiltərənin "Lester" klubunun sahibi vertolyot qəzası nəticəsində ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru